“Yanq Boyz”a məğlub olan “Qalatasaray” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıbbackend

“Yanq Boyz”a məğlub olan “Qalatasaray” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrənin “Yanq Boyz” komandasını qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb – 0:1.

Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.

Bununla da “Qalatasaray” Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.