Yanukoviç həbs olundubackend

Yanukoviç həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin Peçerski Rayon Məhkəməsi eks-prezident Viktor Yanukoviçi qiyabi həbs edib. Editor.az-ın xəbərinə görə, o, 2014-cü ildə insanları Ukrayna sərhədindən qanunsuz keçirməkdə ittiham olunur.

Ukrayna Baş Prokurorluğunun mesajında deyilir ki, Yanukoviç 2014-cü il fevralın 23-də Rusiyanın dəstəyi ilə azı 20 nəfərin müşayiəti ilə Ukraynadan üç helikopterlə Anapa istiqamətində uçub. Mesajda təqsirləndirilən şəxsin adı çəkilməsə də, onun həmin vaxt prezident postunu tutduğu bildirilir. Qeyd edək ki, Yanukoviç 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra Ukraynadan Rusiyaya qaçıb. Mart ayında o, Rusiyanın hərbi əməliyyatlarını şərh edərkən, hazırkı prezident Vladimir Zelenskini nəyin bahasına olursa-olsun, “qan tökülməsini dayandırmağa” və Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırıb.

 

Editor.az