Yanvar görüşü nə VƏD EDİR?- “Artıq əməli praktiki səviyyəyə keçmənin zamanıdır”backend

Yanvar görüşü nə VƏD EDİR?- “Artıq əməli praktiki səviyyəyə keçmənin zamanıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək.

Maraqlıdır, Azərbaycan və Ermənistan delimitasiyası komissiyalarının iclası sülh üçün nələr vəd edir?

Politoloq İlyas Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh və təhlükəsizlik məqsədləri ilə bir neçə diplomatik görüşlər həyata keçirilir:

” Əsas diplomatik raundlar sülh müqaviləsinin mətni ilə bağlıdır. Bu, hər iki ölkənin xarici işləri arasında keçirilən danışıqlara aiddir. Eyni zamanda, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sərhədlərin delimitasiyası ilə bağlı da xüsusi komissiyalar fəaliyyat göstərir və sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın işi bir qədər qabarıq görünür. Çünki bu yaxınlarda sərhəddə iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində görüş keçirildi və komissiyanın əsasnaməsi və reqlamenti də təsdiqləndi . Bu onu deməyə əsas verir ki, konkret nəticələr var. Şahin Mustafayev və Mqer Qriqoryan arasında çoxsaylı fiziki görüşlər keçirilib. Görüşlərin davam etdirilməsi ilə bağlı da razılaşmalar əldə olunub və hətta yanvar ayının sonunda da növbəti görüş keçiriləcək. Hesab edirəm ki, bu görüşdən də müəyyən hüquqi nəticələr əldə oluna bilər. Çünki artıq real gözləntilərimizin həyata keçməsini istəyirik. Sərhədlərin delimitasiyası nə qədər çətin və zaman alan proses olsa da əsas məsələ hüquqi konteksin müəyyənləşdirilməsi, siyasi iradənin olmasıdır. Artıq əməli praktiki səviyyəyə keçmənin zamanı çatıb.

//Gülnarə Abasova, Editor.az