“YAP-ı təmsil edən bütün hökumət üzvüləri…” – Həsənquliyevdən açıqlamabackend

“YAP-ı təmsil edən bütün hökumət üzvüləri…” – Həsənquliyevdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qurultayda ilk növbədə YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu böyük hörmətlə edildi. Estafeti gənc nəslə təhfil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün “Ağsaqqalar Şurası” yaradıldı. Ən çox bəyəndiyim məqam bu idi”.

Bunu BAXCP sədri Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır.

Qüdrət Həsənquliyein sözlərinə görə, YAP-ı təmsil edən bütün hökumət üzvüləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, pariyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər daha yaxşı olardı: “YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə nöbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı pariyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.

BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: “Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”.

//Yenisabah.az