Yapaniyada dəhşətli yanğın: 170-dən çox bina külə döndübackend

Yaponiyada dəhşətli yanğın: 170-dən çox bina külə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Oita şəhərində baş verən yanğın 115 yaşayış binası da daxil olmaqla 170-dən çox binanı əhatə edib. Yaxınlıqdakı meşəlik ərazilər də alov içindədir.

Yanğınsöndürənlər bir gündən çoxdur ki, yanğını söndürə bilmirlər. 76 yaşlı yerli sakin itkin düşüb.
“NHK One” xəbər verir ki, 175 nəfər təxliyə mərkəzinə yerləşdirilib. Prefektura hökuməti qurbanlara zəruri humanitar yardım göstərmək üçün fəlakətlərin nəticələrinin aradan qaldırılması haqqında qanun qəbul edib.

Prefektura yanğınlara qarşı mübarizə qərargahının iclasını keçirməyi planlaşdırır. Kanalın məlumatına görə, rəsmilər bu səhər görüşəcəklər.

Qeyd edək ki, Kyuşu adasında yerləşən şəhərin əhalisi 477 mindən çoxdur. Şəhər Seto Daxili Dənizinin cənub-qərb tərəfində yerləşir.

//Samir Qurbanov, Editor.az