Yapon gəmiləri Qırmızı dənizdəki hücumlardan sonra istiqamətini dəyişirbackend

Yapon gəmiləri Qırmızı dənizdəki hücumlardan sonra istiqamətini dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı son hücumlarından sonra Yaponiyadakı dəniz şirkətləri marşrutlarını dəyişir.

Editor.az xəbər verir ki, Yəməndə husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən və qlobal ticarətin 12 faizinin keçdiyi Süveyş kanalından keçidi təhlükə altına qoyur.

Yaponiya dövlət televiziyası NHK-nın xəbərinə görə, “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətləri Avropaya gedən və gələn nəqliyyat gəmilərinin marşrutunu dəyişib. Milli mediada Kawasaki Kisen Kaisha (K Line) və Ocean Network Express şirkətlərinin də husilərin hücumları səbəbilə daşıma marşrutlarını dəyişdiyi bildirilib. Yeni marşrutların çatdırılmada gecikmələrə və nəqliyyat xərclərinə səbəb olacağı faktı onların qlobal iqtisadiyyatda “təchizat zənciri böhranına” səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Husilərin Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarının artmasına qarşı çoxmillətli missiya yaradıldığını açıqlayıb. ABŞ-ın müdafiə naziri Lloyd Austin verdiyi yazılı açıqlamada Qırmızı dənizdə artan Husi hücumlarının ticarətin azad axınını təhdid etdiyini, günahsız dənizçiləri təhlükə altına atdığını və beynəlxalq hüququ pozduğunu bildirib

//Gülnarə Abasova, Editor.az