“Yaponçik”in qatilləri məhkəmə qarşısında cavab verəcəkbackend

“Yaponçik”in qatilləri məhkəmə qarşısında cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş Prokurorluğu kriminal avtoritet Vyaçeslav İvankovun (Yaponçik) qətli ilə bağlı cinayət işini məhkəməyə göndərib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Kriminal avtoritet Vyaçeslav İvankovun (Yaponçik) qətli və həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilən Kaxa Qazzayev, Murtaza Şadaniya və Cambul Canaşiyaya qarşı açılan cinayət işi üzrə ittiham aktı təsdiq edilib. İş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib”, – deyə prokurorluqdan bildirilib.

İstintaqın versiyasına görə, 2009-cu ilin aprelində əvvəllər məhkum olunmuş “Maxo” ləqəbli kriminal avtoritet İlya Simoniya cinayək aləmində təsir dairələrinin bölünməsi üçün V.İvankovun qətlini təşkil edib. Bunun üçün o, K.Qazzayev, M.Şadaniya, C.Canaşiya, həmçinin Nuqzar Papava və Astamur Butbanı cəlb edib. Simoniyanın göstərişi ilə 2009-cu ilin 28 iyulunda “Yaponçik”ə sui-qəsd təşkil ediblər.

Ağır yaralanan kriminal avtoritet 2009-cu ilin 9 oktyabrında xəstəxanada ölüb.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!