“Yaponçik”in qatillərinə 31 İL HƏBS- YENİLƏNİBbackend

“Yaponçik”in qatillərinə 31 İL HƏBS- YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir  qədər əvvəl Moskva şəhər məhkəməsi “Yaponçik” ləqəbli criminal avtoritet Vyaçeslav İvankovun qatilləri Murtazi Şadaniya və Canbul Canaşiya barəsində hökm çıxarıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən xəbər verir ki, Şadaniya 15, Canaşi isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli müəssisədə çəkəcəklər.

Moskva şəhər məhkəməsində prokuror “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankovun qatillərinə üst-üstə 33 il həbs tələb edib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə,  prokuror Cambul Canaşiyaya 16, Murtazi Şadaniyaya isə 17 il iş oxuyub.

İstintaq nəticəsində məlum olub ki, 28 iyul 2009-cu ildə Kaxa Qazayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya “Tayskiy slon” restoranına gəliblər. İvankov restorandan çıxarkən o güllələnib. O, bir neçə ay sonra isə xəstəxanada vəfat edib.