Yaponiya 20 ildən sonra ilk dəfə yeni valyuta buraxıbbackend

Yaponiya 20 ildən sonra ilk dəfə yeni valyuta buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Bankı 20 ildən sonra ilk dəfə əskinasın dizaynını yeniləyib.

Editor.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Ölkədə üç yeni əskinas olacaq. 10.000 yen dəyərində əskinasda yapon kapitalizminin atası sayılan iş adamı Şibusava Eyiçi təsvir olunacaq. 5000 yen əskinasda indi xaricdə təhsil alan ilk qadınlardan biri olan müəllim Tsuda Umeko var. Yenilənmiş 1000 yen əskinasda tetanozun müalicəsi üçün üsullar hazırlamış bakterioloq Kitasato Şibasaburo təsvir edilmişdir. Saxtalanması daha çətin olan əskinaslara yeni holoqram növü tətbiq edilir. Yeni əskinasların gələn ilin yazında dövriyyəyə buraxılması gözlənilir.

Qeyd edək ki, Yaponiya iqtisadiyyatı çətin dövr yaşayır. Aprel ayında yen 1990-cı ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb. May ayında inflyasiya 2,8%-ə çatıb ki, bu da fevraldan bəri ən yüksək səviyyəyə çatıb.

//Gülnarə Abasova, Editor.az