Yaponiyanın baş naziri Fumio Kişida 2024-cü ildə dünyada gərginliyin daha da artacağını bildirib.
Editor.az TASS-a istinadən xəbər verir ki, o, müvafiq fikirlərini Yeni il münasibətilə keçirilən mətbuat konfransında bildirib. Bu, ona Ukraynadakı münaqişəni və Yaxın Şərqdə İsraillə HƏMAS arasında gedən müharibəni xatırladıb.
Bundan əlavə, Kişida ABŞ-da prezident seçkilərinin 2024-cü ildə keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yeni ildə gərginlik daha da artacaq. Onun fikrincə, Yaponiya geosiyasi qeyri-sabitlik şəraitində liderlik nümayiş etdirməlidir. Kişida ölkə vətəndaşları arasında hakimiyyətə inamın bərpasını əsas vəzifələrdən biri kimi xarakterizə edib.
//Gülnarə Abasova, Editor.az

