Yaponiyada 14 yaşınadək uşaqların sayı 2720 nəfərə qədər 1-ə düşə bilər.
Editor.az bu barədə “Japan Times”a istinadla xəbər verir.
Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşida ölkədə yetkinlik yaşına çatmayanların sayının ilbəil azalması ilə bağlı statistik məlumatları təhlil edib. Jurnalistlərin fikrincə, 2023-cü ildə doğum səviyyəsi rekord həddə – 1,30-a çatıb.
Bildirilir ki, Yaponiyada uşaqların sayının azalmasının səbəblərindən biri də nikahların sayının azalmasıdır. Bunun fonunda vətəndaşlar mobil tanışlıq proqramlarını onlara partnyor və ya həyat yoldaşı tapmaqda kömək edə biləcək bir vasitə kimi görməyə başlayıblar. Məqalədə 2024-cü ildə evlənən kişi və qadınlar arasında aparılan sosioloji araşdırmanın nəticələri təqdim olunur. Analitiklər müəyyən ediblər ki, yaşı 40-dan aşağı olan hər dörd cütlükdən biri belə mobil proqramlar vasitəsilə tanış olub. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, hətta Tokio bələdiyyəsi özünün mobil tanışlıq proqramını işə salıb. Bu yolla məmurlar yerli sakinlərə öz həyat yoldaşlarını tapmaqda kömək etməyə ümid edirlər. Lakin buna baxmayaraq, Yoşida indiyə qədər belə qənaətə gəlib ki, Yaponiyada 14 yaşdan kiçik uşaqların sayı növbəti 695 ildə 1-ə qədər azalacaq. Professor izah edib ki, bu, 2720-ci il yanvarın 5-də baş verə bilər.
//Gülnarə Abasova, Editor.az