Yaponiya hökuməti diplomatlar da daxil olmaqla, 8 rusiyalı məmuru ölkədən çıxarıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya hökumətinin aprelin 8-də verdiyi qərara əsasən, Tokioda olan diplomatlar da daxil olmaqla, 8 rusiyalı məmur ailələri ilə birlikdə ölkəni tərk edib.
İctimai yayımçı NHK bildirib ki, deportasiya edilən 8 nəfər arasında Rusiya Hərbi Kəşfiyyatının (QRU) əməkdaşlarının da olduğu təxmin edilir.
//Gülnarə Abasova, Editor.az

