Amerika Xirosima və Naqasakiyə atılan atom bombalarına görə yapon xalqından üzr istəməlidir.
Editor.az RİA Novosti-yə istinadla yazır ki, bu fikri Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzuki deyib. O qeyd edib ki, ötən il Xirosimada G7 sammiti keçirilib və orada ABŞ prezidenti Co Bayden çıxış edib. Deputat əmindir ki, bu, ABŞ üçün üzr istəmək və tarixdə ilk dəfə atom bombasından istifadənin səhv olduğunu etiraf etmək üçün əla fürsətdir: “Lakin Amerika lideri bunu etməyib. Belə bir üzr istəmədiyinə görə, düşünürəm ki, onlar bunu sammitdə deməli idilər. Baş nazir Kişida bununla bağlı heç nə etməyib. Hər şey Amerikanın istədiyi kimi gedir”.
//Gülnarə Abasova, Editor.az