Yaponiya hökuməti ABŞ-dan “Tomaqavk” qanadlı raketlərini almağa 2026-cı ildə deyil, 2025-ci ildə başlamağa qərar verib.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb. Belə razılaşmalar Yaponiyanın yeni müdafiə naziri Minoru Kihara və Pentaqonun rəhbəri Lloyd Ostin tərəfindən Vaşinqtonda danışıqlar zamanı əldə olunub. Yaponiya 400 qanadlı raket almağı planlaşdırır. İki ölkənin Müdafiə Nazirliyinin rəhbərləri razılaşıblar ki, Tokionun aldığı raketlərin yarısı yeni Blok V modifikasiyası, digər yarısı isə köhnə Blok IV modifikasiyası olacaq. Görüşlər zamanı Kihara Yaponiya ilə ABŞ arasında strateji əməkdaşlığın görünməmiş səviyyədə olduğunu və gələcəkdə daha da möhkəmlənəcəyini qeyd edib. Cavab olaraq, Ostin iki ölkə arasında təhlükəsizlik müqaviləsinin “toxunulmaz” olduğunu və Yaponiya, Çin Respublikası və Yaponiya arasında ərazi mübahisəsinin predmeti olan Senkaku (Diaoyu) adaları da daxil olmaqla, Yaponiya administrasiyası altında olan bütün ərazilərə şamil edildiyini söyləyib.
//Gülnarə Abasova, Editor.az