Yaponiya ABŞ-ın 2028-ci ildən sonra baş tutacaq Artemis kosmik proqramı çərçivəsində Aya iki astronavt göndərməyi planlaşdırır.
Editor.az bu barədə “Yomiuri”yə istinadla yazır. Qeyd olunur ki, belə bir razılaşma Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ prezidenti Co Baydenlə görüşəcəyi Vaşinqtona səfəri zamanı əldə oluna bilər. ABŞ Artemida proqramı çərçivəsində 2026-cı ildə öz astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən etibarən missiya müntəzəm xarakter alacaq və Yaponiyadan iki nümayəndə iştirak edə biləcək.
Bundan əvvəl Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi JAXA Ayda Intelligent Lander for Lunar Exploration (SLIM) modulunun ilk fotosunu nümayiş etdirmişdi. Fotoşəkil SLIM gəmisi ilə Aya gələn kiçik robot LEV-2 tərəfindən çəkilib. Fotoya əsasən, SLIM Ayda çevrilib və başıaşağı olub.
//Gülnarə Abasova, Editor.az

