Yaponiyanın baş naziri Fumio Kişida NATO-nun iyunun sonlarında Madriddə keçiriləcək sammitində iştirak etməyi düşünür. Editor.az xəbər verir ki, bu barədə NHK televiziyası xəbər verib.
Telekanalın məlumatına görə, cənab Kişida görüşdə Ukraynadakı vəziyyət, Çin və Şimali Koreyanın hərəkətləri ilə bağlı məsələləri qaldıra bilər. O, Tokionun müdafiə qabiliyyətini gücləndirmək planları haqqında məlumat vermək niyyətindədir. Qeyd edək ki, NATO sammiti iyunun 28-30-da İspaniyada keçiriləcək. Alyans liderləri yeni strateji konsepsiya qəbul edəcək, həmçinin NATO-nun gücləndirilməsi və iqlim dəyişikliyinin təhlükəsizliklə bağlı nəticələrini nəzərdən keçirəcəklər. P.S. Burada maraq doğuran məsələ ondan ibarətdir ki, Yaponiyanın əvvəlki hökumət başçıları heç vaxt Şimali Atlantika Alyansının sammitlərində iştirak etməyiblər.
Görünür, Rusiyanın Ukraynaya təcavüzü, habelə Rusiyanın “adalar məsələsi”nin müzakirəsindən qəti şəkildə imtina etməsi, Yaponiyanı bu təşkilatla münasibətlərinə yenidən bağmağa vadar edib.
Editor.az

