Yaponiya Ermənistan hərbi nümayəndə heyətinin ölkəyə səfəri ilə bağlı məlumatı təsdiqləyibbackend

Yaponiya Ermənistan hərbi nümayəndə heyətinin ölkəyə səfəri ilə bağlı məlumatı təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hərbi nümayəndə heyətinin ölkəyə səfəri ilə bağlı “Caliber”in dünən paylaşdığı məlumatı Yaponiya öz mənbələrinə istinadən təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Lakin Yaponiyanın Bakıdakı səfirliyindən verilən cavabda bildirilir ki, Ermənistana silah tədarükü ilə bağlı heç bir müzakirə aparılmayıb.

Heç bir dəyişiklik edilmədən, Yaponiya səfirliyindən cavabı təqdim edirik:

“İlk növbədə, sizin nəşriniz tərəfindən sentyabrın 12-də dərc edilmiş məqalə ilə bağlı məktub aldığımızı təsdiq edirik. Yaponiya səfirliyinin Ermənistanın müdafiə naziri Suren Papikyanın Yaponiyaya səfəri barədə məlumatı yoxdur, lakin biz Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tokioya səfəri barədə xəbərdarıq. Məsələ burasındadır ki, Yaponiyadan Ermənistana silah tədarükü ilə bağlı heç bir müzakirə aparılmayıb”.

Ancaq xatırlatmaq istərdik ki, dünənki nəşrimizdə Ermənistanın müdafiə nazirinin Yaponiyaya səfəri barədə yazmamışdıq. Biz vurğulamışıq ki, silah alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti Yaponiyadadır”.

Gördüyümüz kimi, Yaponiya səfirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tokioya səfərini təsdiqləyir. Qriqoryanın fəaliyyətinin xüsusiyyətlərini nəzərə alsaq, onun Yaponiyaya suşi hazırlamaq sənətini öyrənmək üçün gəldiyinə inanmaq sadəlövhlük olardı.

Biz hələ də Cənubi Koreyanın Azərbaycandakı səfirliyindən cavab gözləyirik.