Yaponiya fond indeksi 33 illik rekorda yüksəlibbackend

Yaponiya fond indeksi 33 illik rekorda yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 22-də Yaponiyanın Nikkei fond indeksi 1990-cı ilin fevralından bəri ilk dəfə olaraq 36,5 min bəndi keçib.

Editor.az xəbər verir, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb. Nikkei səhmlərinin orta qiyməti əvvəlki iş günündən 1,6% artaraq 36,546 səviyyəsində bağlanıb. Bu, son 33 il 11 ayda ən yüksək göstəricidir. Yaponiyanın 225 ən böyük şirkətinin səhmlərinin dəyərini izləyən indeksin artımı süni intellekt çiplərinə tələbat fonunda yarımkeçirici şirkətlərin qiymətli kağızlarının qiymətlərinin artması ilə bağlıdır.

Xüsusilə Taiwan Semiconductor Manufacturing, yüksək performanslı çiplərə artan tələbat səbəbiylə keçən həftə proqnozunu yaxşılaşdırdı. Yanvarın 11-də Nikkei indeksinin dəyəri 30 ildə ilk dəfə 35 min bəndi keçib. Keçən il may ayının sonunda Hindistanın ən böyük birjalar sıralamasında beşinci sıraya qayıtdığı öyrənilib.

//Gülnarə Abasova, Editor.az