Yaponiya Fukusima-1 AES-dən yeni su partiyasını buraxmağa başlayıbbackend

Yaponiya Fukusima-1 AES-dən yeni su partiyasını buraxmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fukusima-1” AES-in operatoru olan TERCO şirkəti təmizlənmiş aşağı radioaktiv suyun dördüncü partiyasını obyektdən okeana axıdmağa başlayıb.

Editor.az xəbər verir ki, bu barədə RİA Novosti şirkətə istinadən məlumat yayıb. TEPCO-dan verilən məlumata görə, müvafiq işlər martın 16-dək davam edəcək. Okeana ümumilikdə 7,8 min ton suyun axıdılması planlaşdırılır. Yanvarın sonunda TERSO şirkətinin yaxın aylarda “Fukusima-1” AES-dən 54,6 min ton zəif radioaktiv su buraxacağı bildirilmişdi. 20 noyabr 2023-cü ildə məlum olub ki, Yaponiya Fukusima-1 AES-dən suyun boşaldılmasının növbəti mərhələsini başa çatdırıb.

//Gülnarə Abasova, Editor.az