Yaponiya hökuməti tam heyətlə istefa verib və baş nazir Fumio Kişida bunu qəbul edib.
Editor.az AP xəbər verir ki, yeni kabinet yaxın saatlarda elan edilməlidir. Yaponiya mətbuatının məlumatına görə, kabinetin 19 üzvündən 11-i dəyişdiriləcək.
O cümlədən, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə yeni rəhbərlər təyin olunacaq. Bundan əlavə, hökumətdə beş qadının olacağı gözlənilir ki, bu da Yaponiya tarixində ən böyük rəqəm olacaq.
Xatırladaq ki, yanvarda Yaponiya hakimiyyəti ölkənin inkişaf strategiyasını təsdiqləyib. Daha sonra Kişida Yaponiya tarixində son əsr yarımda üçüncü dönüş nöqtəsini elan edib.
O, Ukraynadakı münaqişəni və Çin və KXDR-in Asiyada yaratdığı təhlükəsizlik təhdidlərini əsas çağırışlar adlandıraraq, onlarla müdafiəyə rekord xərclərə haqq qazandırıb.
//Samir Qurbanov, Editor.az