Yaponiya hökuməti Trampla Putinin görüşü barədə açıqlama veribbackend

Yaponiya hökuməti Trampla Putinin görüşü barədə açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Rusiya ilə ABŞ arasındakı münasibətlərdəki tendensiyaları diqqətlə izləyir.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə artıq telefon danışığı aparması barədə məlumatı şərh edən Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

“Biz dünya birliyinin ən mühüm problemlərinin həllinə böyük təsir göstərən ABŞ-Rusiya münasibətlərini diqqətlə izləyirik. Baş katib Yaponiya ilə ABŞ arasında əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. O, həmçinin bəyan edib ki, Tokio Vaşinqtonla, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı “yaxın fikir mübadiləsi aparmaq niyyətindədir”.

Mənbələrə istinadən Washington Post (WP) yazıb ki, Tramp noyabrın 7-də Putinlə telefon danışığı aparıb. Bu, Trampın ABŞ seçkilərində qələbəsindən sonra onların ilk söhbəti idi. Moskva və Vaşinqton bu barədə məlumat verməyib. Nəşrin məlumatına görə, görüş zamanı amerikalı siyasətçi Rusiya liderini Ukraynada vəziyyəti gərginləşdirməməyə çağırıb və münaqişənin sülh yolu ilə həlli ilə bağlı gələcək müzakirələrdə maraqlı olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az