Yaponiya hökuməti G7 maliyyə dəstəyi çərçivəsində Ukraynaya 3 milyard dollardan çox vəsait ayıracaq. Editor.az xəbər verir ki, bu barədə oktyabrın 29-da Ukraynanın baş naziri Denis Şmıqal Telegram-da yazıb.
Bu pullar Rusiyanın dondurulmuş aktivləri ilə kompensasiya ediləcək 50 milyard dollarlıq paketin bir hissəsidir. Bundan əvvəl Aİ, ABŞ və Böyük Britaniya bu təşəbbüsü dəstəklədiklərini bəyan etmişdilər.
“Biz Yaponiya hökumətinə həmrəyliyinə görə təşəkkür edirik. Biz bütün tərəfdaşlarımızı dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə yönəltməyə çağırırıq”, – deyə hökumət başçısı vurğulayıb.
//Samir Qurbanov, Editor.az

