Yaponiya, İngiltərə və İtaliyadan birgə döyüş təyyarəsi layihəsibackend

Yaponiya, İngiltərə və İtaliyadan birgə döyüş təyyarəsi layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirləri 2035-ci ilə qədər üç ölkənin birgə döyüş təyyarəsinin inkişafı layihəsi üçün koordinasiya şurasının yaradılması barədə razılığa gəliblər.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Hind-Sakit Okean regionunda artan regional təhlükələr qarşısında Yaponiya hökuməti müdafiə miqyasında layihələri və NATO çərçivəsində dost ölkələrlə əməkdaşlığı sürətləndirməyi hədəfləyir.

Yaponiya müdafiə naziri Kihara Minoru paytaxt Tokioda İngiltərə müdafiə naziri Qrant Şapps və İtaliyanın müdafiə naziri Guido Crosetto ilə görüşüb. İclasda üç ölkənin ötən il elan etdiyi “Qlobal Döyüş Hava Proqramı” və 2035-ci ilə qədər döyüş təyyarələrinin inkişafı üzrə birgə layihə üzrə öhdəliklər müzakirə edilib. Nazirlər 2035-ci ilə qədər üç ölkə arasında birgə döyüş təyyarəsinin inkişafı layihəsini həyata keçirmək üçün podratçı şirkətlər arasında koordinasiya şurasının yaradılması barədə razılığa gəliblər.

//Gülnarə Abasova, Editor.az