Yaponiya koronavirusa görə bağladığı qapılarını yenidən açırbackend

Yaponiya koronavirusa görə bağladığı qapılarını yenidən açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus epidemiyası ilə əlaqədar Yaponiyaya səyahətlə əlaqədar bəzi qadağalar iyunun 10-da aradan qaldırılacaq.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın baş naziri Fumio Kişida verib. Baş nazir onu da qeyd edib ki, yumşalmalar mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə turistlər bələdçilərin vasitəsi ilə hərəkət edəcəklər və onlardan maska taxmaq tələb olunacaq.

Xatırladaq ki, pandemiyadan əvvəl 2019-cu ildə Yaponiyaya 32 min turist səfər etmişdi.

Qeyd edək ki, son sutka ərzində Yaponiyada 31008 nəfər “COVİD- 19″a yoluxub. Ümumilikdə isə 8476204 nəfər virusa yoluxub.

//Nəzərbəy Hacıağayev, Editor.az