Yaponiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Yaponiya KXDR-nin silsilə ballistik raket buraxılışını kəskin şəkildə pisləyir və etiraz edir.
Departament əlavə edib ki, o, Şimali Koreyanın bu cür hərəkətlərini “Yaponiyanın, dünyanın və bütün beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təhdid etmək” kimi qiymətləndirir. “Bundan başqa, belə ballistik raket buraxılışları Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur və ciddi milli təhlükəsizlik problemi yaradır”, – deyə Yaponiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən press-relizdə deyilir. Nazirlikdən aydınlıq gətirilib ki, bu günə kimi hər hansı dağıntı barədə məlumat yoxdur.
Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya şimal-şərq istiqamətində saat 07:10 və 07:14-də bir neçə ballistik raket buraxıb. Onlardan ən azı ikisi 350 km məsafə qət edib və maksimum uçuş hündürlüyünə 100 km çatıb. Hər iki raketin daha sonra Yapon dənizinə düşdüyü iddia edilir.
//Samir Qurbanov, Editor.az