Yaponiya müdafiə təşəbbüslərini gücləndirməyə başlayıbbackend

Yaponiya müdafiə təşəbbüslərini gücləndirməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti iqtisadiyyatın bu sektorunun bazasını gücləndirmək üçün müdafiə sənayesi strategiyası hazırlayacağını açıqlayıb.

Editor.az bu barədə Kyodo agentliyinə istinadla məlumat yayıb. Yaponiyanın müdafiə sənayesi 2022-ci il Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf edəcək. Xüsusilə, Yaponiyanın müdafiə təyinatlı məmulatlarının ixrac potensialının inkişaf etdirilməsi və sənayenin inkişafı üçün ortamüddətli planların müəyyənləşdirilməsi tövsiyə olunur. Bildirilib ki, sənədin yekun variantı yalnız gələn il qəbul ediləcək, lakin Yaponiyanın hərbi sənaye kompleksinin yenilənməsi strategiyası 2014-cü ildə Şinzo Abenin baş nazirliyi zamanı qəbul edilmiş əvvəlki sənəddən fərqlənəcək.

 

//Gülnarə Abasova, Editor.az