Yaponiyanın baş naziri Fumio Kişida NATO sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
Editor.az bu barədə TASS-a istinadla xəbər verir. Kişida iyulun 10-11-də NATO sammitində iştirak edəcək, iyulun 12-14-də isə Almaniyaya səfər edəcək, Yaponiya-Almaniya sammitində və digər tədbirlərdə iştirak edəcək. “NATO-nun 75-ci ildönümünü qeyd etmək üçün keçirilən bu görüş münasibətilə liderlər Avropa, Atlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin ayrılmaz olduğunu bir daha təsdiq etməli, həmçinin Hind-Sakit Okean regionundakı vəziyyəti müzakirə etməlidirlər. Biz həmçinin NATO ilə əməkdaşlığı gücləndirəcəyimizə ümid edirik”, – deyə Hayaşi Tokioda mətbuat konfransında bildirib.
O qeyd edib ki, Yaponiyanın baş naziri artıq üçüncü ildir Şimali Atlantika Alyansının sammitində iştirak edib. Daha əvvəl bildirilmişdi ki, NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ öz NATO müttəfiqlərini Asiya-Sakit okean regionuna fəal şəkildə “sürükləyir”.
//Gülnarə Abasova, Editor.az

