Yaponiya Nazirlər Şurası Ukraynaya yardım üçün yeddi sahə müəyyən edibbackend

Yaponiya Nazirlər Şurası Ukraynaya yardım üçün yeddi sahə müəyyən edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Ukraynaya yardım üçün yeddi sahə təyin edib.

Editor.az bu barədə Yaponiyanın “Sankei Shimbun” nəşrinə istinadla yazır. Bu sahələrə ölkədə humanitar vəziyyətin yaxşılaşdırılması, kənd təsərrüfatının və heyvandarlığın inkişafı, iqtisadiyyatın bərpası, sənayenin modernləşdirilməsi, rəqəmsal texnologiyaların və biotexnologiyaya əsaslanan istehsalın inkişafı daxildir. Tərəflər 20-dən çox əməkdaşlıq sənədi imzalamağı planlaşdırırlar. Bunlardan biri teletibb sisteminin yaradılması üçün Kiyevə 10 milyard yen (təxminən 67,5 milyon dollar) transferini əhatə edəcək.

Qeyd edək ki, fevralın 19-da Tokioda Ukraynanın baş naziri Denis Şmıqalın iştirakı ilə “Yaponiya və Ukraynanın iqtisadi bərpasına dəstək konfransı” keçiriləcək. Konfransda iki ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək.

//Gülnarə Abasova, Editor.az