Yaponiya parlamentinin aşağı palatası Ukraynanı dəstəkləyən qətnamə qəbul edibbackend

Yaponiya parlamentinin aşağı palatası Ukraynanı dəstəkləyən qətnamə qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya parlamentinin aşağı palatasında “Ukrayna ətrafındakı vəziyyətlə bağlı narahatlıq və Ukrayna xalqı ilə həmrəylik” ifadə edən qətnamə qəbul edilib.

Qətnamə iqtidar və müxalifət partiyalarından olan deputatların səs çoxluğu ilə qəbul olunub.

Yaponiya hökuməti dəfələrlə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Lakin Yaponiya hökumətinin rəsmi nümayəndələri, xüsusən də xarici işlər naziri Yoşimasa Hayaşi və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransları zamanı dəfələrlə bəyan ediblər ki, hər hansı bir məsələ ilə bağlı Ukrayna ətrafında vəziyyətin gərginləşməsi halında Yaponiyanın Rusiyaya qarşı konkret tədbirlər görməsi hipotetikdir və şərh edilməyəcək.

Mənbə: RİA Novosti