Yaponiya Putinin dialoqu bərpa etmə şərtlərindən narazıdırbackend

Yaponiya Putinin dialoqu bərpa etmə şərtlərindən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Rusiya prezidenti Vladimir Putinin Rusiya-Yaponiya dialoqunun yalnız Tokionun Ukrayna ilə bağlı mövqeyinin dəyişməsindən sonra mümkün olması ilə bağlı bəyanatlarından narazılığını və razılaşmadığını bildirib.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bəyan edib ki, ölkə Rusiyanın məsuliyyəti Tokioya ötürmək cəhdlərini ədalətsiz və tamamilə qəbuledilməz hesab edir. Hayaşi Rusiyanın Ukraynadakı hərəkətlərini də tənqid edib və Yaponiya hökumətinin “şimal bölgələri” (Kuril adalarının cənub hissəsi) və sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib.

Bunun əksinə olaraq Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə çıxış edən Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsindən sonra Rusiya-Yaponiya dialoqunun mümkünlüyünü açıqlayıb. O, sülh sazişi ilə bağlı dialoqun davam etdirilməsi üçün heç bir şəraitin olmadığını vurğulayaraq, lazımi şərait yaradılarsa, xüsusilə Yaponiya üçün dialoqu davam etdirməyə hazır olduğunu bildirib. Putin qeyd edib ki, Rusiya Ukrayna böhranına müdaxilədə ittiham etdiyi Yaponiyadan fərqli olaraq ikitərəfli dialoqa maneə yaratmır.

//Gülnarə Abasova, Editor.az