Yaponiya Putinin Tokio ilə əlaqələr qurmağa hazır olduğu barədə bəyanatını yüksək qiymətləndirirbackend

Yaponiya Putinin Tokio ilə əlaqələr qurmağa hazır olduğu barədə bəyanatını yüksək qiymətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiya prezidenti Vladimir Putinin Tokionun ölkələr arasında əməkdaşlığa qayıtdığı təqdirdə Moskvanın dialoq qurmağa hazır olması barədə bəyanatını alqışlayır.

Editor.az TASS- a istinadla xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya deyib. Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Tokio Rusiya ilə münasibətlər məsələlərində Yaponiyanın maraqlarından çıxış edəcək.

Bundan əvvəl yapon deputat Muneo Suzuki Putinin “Valday klubu” toplantısındakı sözlərini xatırladaraq demişdi ki, Yaponiyada ağıllı adamlar var ki, Moskva ilə xüsusilə enerji sahəsində əməkdaşlığı davam etdirirlər və getmirlər. Deputat Putinin bəyanatını Yaponiya üçün Rusiyanın yapon şirkətlərini geri qaytarmağa hazır olduğuna dair ən mühüm siqnal kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az