Yaponiya hökuməti Moskvanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatlara görə Rusiyanın “Rosselxozbank”, Moskva Kredit Bankı və Belarus İnkişaf və Yenidənqurma Bankına qarşı sanksiyalar tətbiq edib.
Editor.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata görə, sözügedən bankların Yaponiyadakı aktivlərinin dondurulması və bu qurumlarla maliyyə əməliyyatlarının qadağan edilməsini əhatə edən sanksiyalar iyunun 7-də qüvvəyə minir. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya Federasiyasının sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən malların ixracı da qadağan edilib.
//Gülnarə Abasova, Editor.az

