Yaponiya Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub.
Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, qərara əsasən, spirtli içkilər, o cümlədən araq, taxta-şalban məmulatları və elektrik maşınlarının idxalı qadağan edilib. Bildirilib ki, idxalına qadağa qoyulan məhsullar 2021-ci ildə Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 faizini təşkil edib. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METİ) sözügedən məhsullar üçün alternativ idxal yollarına üstünlük veriləcəyini açıqlayıb.
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir etdiyini bildirib.
“Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək Ukrayna böhranının genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir”, – Matsuno bildirib. dedi.
//Gülnarə Abasova, Editor.az

