Yaponiya Rusiyanın sanksiyalarının qəbuledilməz olduğunu bildiribbackend

Yaponiya Rusiyanın sanksiyalarının qəbuledilməz olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya tərəfi Rusiyanın bəzi Yaponiya vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara etiraz edib.

Editor.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi brifinq zamanı bildirib. “Bu cür tədbirlər Yapon şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır və tamamilə qəbuledilməzdir”,- deyə rəsmi şikayət edib.

Rusiya Federasiyasının tətbiq etdiyi sanksiyalar Yaponiyanın məhdudlaşdırıcı tədbirlərinə cavab olsa da, Hayaşi yaponlardan fərqli olaraq, onları qanunsuz hesab edir. Rəsmi xatırladıb ki, sonuncu sanksiyalar Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı səbəbindən tətbiq edilib.

Qeyd edək ki, iyulun 23-də Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Siyahıya “RAKUTEN” şirkətinin təsisçisi, “Toyota Motor” şirkətinin idarə heyətinin sədri Mikitani Hiroşi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, eləcə də Yaponiyanın iri şirkətlərinin yüksək səviyyəli rəhbərləri daxil edilib.

//Gülnarə Abasova, Editor.az