Yaponiya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin şirkətlərinə ticarət məhdudiyyətləri qoyubbackend

Yaponiya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin şirkətlərinə ticarət məhdudiyyətləri qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən şəxslərə və qruplara qarşı sanksiyaların yeni mərhələsi çərçivəsində ilk dəfə olaraq Çin şirkətlərinə ticarət məhdudiyyətləri qoyub.

Editor.az “Reuters”ə istinadən yazır ki, yeni sanksiyalar Hindistan, Qazaxıstan və Özbəkistan şirkətlərinə də yönəlib. Sanksiyaya məruz qalan şirkətlər arasında Rusiya pilotsuz təyyarələri üçün mikroçiplər təchiz edən Honq-Konqda yerləşən “Asia Pacific Links Ltd” və Çinin “Yilufa Electronics Limited” şirkətləri də var.

ABŞ da daxil olmaqla, digər ölkələrin tətbiq etdiyi əvvəlki tədbirlərə uyğun gələn sanksiyalar Yapon şirkətlərinin bu firmalara məhsul ixrac etməsinə mane olur.

//Samir Qurbanov, Editor.az