Yaponiya Rusiyaya ixraca genişmiqyaslı yeni məhdudiyyətlər qoyurbackend

Yaponiya Rusiyaya ixraca genişmiqyaslı yeni məhdudiyyətlər qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyaya neft hasilatı avadanlıqları, üzən limanlar və yaxtalar da daxil olmaqla ümumilikdə 164 istiqamətdə ixracı qadağan edib.

Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bəyanat yayıb. Yaxtalar, dok və avadanlıqlarla yanaşı, avtomobil mühərrik yağları, litium-ion və nikel metal hidrid akkumulyatorları, nitroselüloz, üzən kranlar və yanğınsöndürən qayıqların da Rusiyaya ixracı qadağan ediləcək. Bütün bu qadağaların yalnız aprelin 17-dən qüvvəyə minəcəyi güman edilir.

Bundan əvvəl də məlum idi ki, Rusiya neft şirkətləri Qərbin tətbiq etdiyi sanksiyalara görə neftayırma zavodlarının təmirində ciddi çətinliklərlə üzləşiblər. Nəticədə ölkənin dördüncü böyük neft emalı zavodu olan NORSI benzin istehsalını 40% azaltmaq məcburiyyətində qalıb. Rusiyada lazımi ekspertizanın olmaması səbəbindən obyektin nə vaxt bərpa oluna biləcəyi bəlli deyil.

//Gülnarə Abasova, Editor.az