Yaponiya Rusiyaya nota verdibackend

Yaponiya Rusiyaya nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Xarici İşlər Nazirliyi Vladivostokda konsulun saxlanması ilə bağlı Rusiya səfiri Mixail Qaluzini çağıraraq ona etiraz edib.

Editor.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Departamentin rəhbəri Yoşimasa Hayaşi diplomatın qanunsuz hərəkətlərə yol vermədiyini bildirib və Moskvadan üzr istəməsini tələb edib. Konsul hazırda azadlıqdadır və sentyabrın 28-dək Rusiyanı tərk etməlidir. “Yaponiya Xarici İşlər Nazirinin müavini cənab Mori Rusiyanın Yaponiyadakı səfiri cənab Qaluzini Xarici İşlər Nazirliyinə çağıraraq, kəskin etirazını bildirib və rəsmi üzr istənməsini tələb etdi. Mən Rusiya tərəfini Yaponiya tərəfinin etirazını və təklifini ciddi qəbul etməyə çağırıram”, Hayaşinin bəyanatında deyilir. Nazir konsula qarşı məcburi tədbirlərdən danışıb və saxlanma şəraitini tənqid edib. Qeyd edək ki, Rusiya FSB-i sentyabrın 26-da konsul Tatsunorini saxlamışdı. Yaponiyalı diplomat “persona non qrata” elan edilib və iki gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.

  //Samir,Editor.az