Yaponiya Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Yaponiya Rusiya müdafiə sektorunun rəsmiləri və dövlət silah ixracatçısı Rosoboronexport da daxil olmaqla 15 fiziki şəxsə və 9 quruma qarşı sanksiyalar tətbiq edəcək.
Aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyalara Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, oliqarx Süleyman Kərimov, Rusiya müdafiə nazirinin səkkiz müavini daxil edilib. Şirkətlərdən isə “Rosoboroneksport”, “Rusiya Helikopterləri”, “Birləşmiş Aviasiya Korporasiyası”, “Uralvaqonzavod” və s.-in adları çəkilir.
Ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Yaponiya Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib.
Editor.az

