Yaponiya Səhiyyə Nazirliyi ilk dəfə olaraq COVID-19 peyvəndi səbəbiylə ölümü təsdiqləyibbackend

Yaponiya Səhiyyə Nazirliyi ilk dəfə olaraq COVID-19 peyvəndi səbəbiylə ölümü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Səhiyyə Nazirliyi “COVID-19″a qarşı peyvəndlə birbaşa əlaqəli ilk ölüm hadisəsini açıqlayıb.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaponiyada son illərdə koronavirus infeksiyasına qarşı peyvənd edilmiş ən azı 2 min xəstənin həyatını itirdiyi bildirilsə də ölümlə peyvənd arasındakı birbaşa əlaqə rəsmi olaraq təsdiqlənməyib. Həmçinin hazırda Yaponiyada 104 milyondan çox insan peyvəndin bir komponentini (əhalinin 81,3%), iki komponentini – 103 milyondan çoxunu (80,3%), üç komponentini – 86 milyondan çoxunu (68,4%) alır.

Qeyd edək ki, Yanvarın sonunda Kyodo agentliyi Yaponiyanın səlahiyyətli orqanlarının COVID-19-u mövsümi qripə uyğun kateqoriyaya keçirəcəyini bildirib. Hökumət rəsmiləri bunun 2023-cü il mayın 8-də baş verəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az