Yaponiya Şimali Koreyaya qarşı əlavə sanksiya tətbiq edibbackend

Yaponiya Şimali Koreyaya qarşı əlavə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq ictimaiyyətin etirazlarına və BMT-nin sanksiyalarına baxmayaraq Şimali Koreya qitələrarası ballistik raket sınaqlarını davam etdirir.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar Yaponiya Şimali Koreyaya növbəti sanksiyanı tətbiq edib. Pxenyanın ballistik raket layihəsində iştirakına görə, 6 Şimali Koreya və 3 Rusiya vətəndaşının aktivləri dondurulub. Eyni zamanda, dörd Rusiya şirkəti sanksiyaların qurbanı olub.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu  Matsuno hökumətin iclasında  Şimali Koreyaya çağırış edib.

“Biz Şimali Koreya ilə bir çox məsələlərdə razılığa gəlmək istəyirik. Bunlar arasında ən önəmlisi qaçırılmış Yaponiya vətəndaşlarının geri verilməsidir. Digəri isə Yaponiya və dünya üçün təhdid olan Şimali Koreyanın  nüvə və ballistik raket sınaqlarını dayandırmasıdır”,- deyə Matsuno bildirib.

Qeyd edək ki, Yaponiya ümumilikdə  Şimali Koreyadan 120 şəxsə və 129 şirkətə sanksiya tətbiq edib.

//Editor.az