Yaponiya Ukraynanın bərpası üçün 106 milyon dollar ayıracaqbackend

Yaponiya Ukraynanın bərpası üçün 106 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Nazirlər Şurası Ukrayna rəsmilərinə 106 milyon dollar qrant köçürməyi planlaşdırır.

Editor.az bu barədə Kyodo xəber agentliyinə istinadla xəbər verir.

Sənəddə vurğulanır ki, Kiyev bu vəsaiti ölkənin bərpasına dair ikitərəfli konfransdan sonra alacaq. Tədbirin bu il fevralın 19-da keçirilməsi planlaşdırılır. İclasda Yaponiya və Ukrayna nümayəndələrinin iki ölkə arasında əməkdaşlığın yeddi prioritet sahəsini açıqlayacağı gözlənilir. Söhbət həm də Kiyev və Tokio arasında minaların təmizlənməsi və informasiya texnologiyalarının inkişafı sahələrində qarşılıqlı fəaliyyətdən gedir.

Bundan əlavə, tərəflər 10-dan çox müxtəlif sənəd imzalamağı planlaşdırırlar. Söhbət Yaponiya və Ukrayna arasında gələcək əməkdaşlığın aspektlərini tənzimləyən sazişlərdən gedir.

Xatırladaq ki, fevralın 7-də ABŞ Senatında Ukraynaya dəstək üçün 60,06 dolların ayrılmasını nəzərdə tutan qanun layihəsi üzrə prosessual səsvermə keçirilib. Nəticədə deputatlardan lazımi səsləri almadığı üçün sənəd bloklanıb.

//Gülnarə Abasova, Editor.az