Yaponiya Ukraynaya bir sıra minatəmizləmə avadanlığı verəcəkbackend

Yaponiya Ukraynaya bir sıra minatəmizləmə avadanlığı verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Ukraynaya minalardan təmizləmə üçün bir sıra avadanlıqlar verəcək.

Editor.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Nazirlikdən verilən məlumata görə, tədarüklərin bu ilin sonuna qədər həyata keçirilməsi gözlənilir. Yaponiya həmçinin Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (SSES) əməkdaşları üçün təlim təşkil etməyi planlaşdırır.

İyunun 21-də Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bəyan edib ki, Tokio 2025-ci ildə Ukraynanın minalardan təmizlənməsi ilə bağlı beynəlxalq toplantı keçirəcək.

//Gülnarə Abasova, Editor.az