Yaponiya Ukraynaya daha 100 milyon dollar ayıracaq: pul nəyə gedəcək?backend

Yaponiya Ukraynaya daha 100 milyon dollar ayıracaq: pul nəyə gedəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Yaponiyadan əlavə 100 milyon dollar humanitar yardım alacaq.

Editor.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.

Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya hər cür köməklik göstərəcəyini bildirib. Onun sözlərinə görə, 100 milyon dollar tibbi avadanlıqların alınmasına və məcburi köçkünlər üçün müvəqqəti yaşayış evlərinin tikintisinə sərf olunacaq. Kişida həmçinin bildirib ki, Yaponiya Ukrayna taxılının saxlanma imkanlarını genişləndirməyə kömək edəcək. Xüsusilə Qərb Ukraynada və qonşu ölkələrdə müvəqqəti taxıl anbarları tikəcək.

//Gülnarə Abasova, Editor.az