Yaponiya və ABŞ-dan Çinə təhdid mesajıbackend

Yaponiya və ABŞ-dan Çinə təhdid mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Özünümüdafiə Quru Qüvvələri ABŞ dəniz piyadaları ilə birgə “Dəmir yumruq” təlimi çərçivəsində Tokunoşima adasında təlimlər keçirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponyanın “The Japan Times” qəzetində qeyd edilib. Cənub-qərb arxipelaqını müdafiə etmək və Çinin artan dəniz varlığına nəzarət etmək üçün tərəflər təlimi Nansey adalarına yaxın bir bölgədə keçiriblər.

Uzaq adaların müdafiəsi və işğal olunmuş adanın geri alınması simulyasiyası üçün nəzərdə tutulan təlimdə iki ölkənin qoşunları quruya koordinasiyalı şəkildə hərəkət edib.

Ötən ay başlayan təlimin martın 12-dək davam etməsi planlaşdırılır. Yaponiya və ABŞ hərbçiləri Okinavadakı ABŞ Dəniz Piyadaları Düşərgəsində birgə təlimləri davam etdirəcəklər.

Qeyd edək ki, bundan əvvəl bütün “Dəmir yumruq” təlimləri ABŞ-da keçirilib.

//Safura Bənnayeva, Editor.az