Yaponiya və Avstraliya regional hərbi əməkdaşlığı gücləndirirbackend

Yaponiya və Avstraliya regional hərbi əməkdaşlığı gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Hind-Sakit Okean hövzəsində artan nüfuzu qarşısında Yaponiya “həmfikir” ölkələrlə müdafiə sahəsində əməkdaşlığı artırmağı planlaşdırır.

Editor.az rəsmi Kyodo agentliyinin məlumatına istinadla xəbər verir ki, Tokio və Kanberra hökumətləri Şərqi və Cənubi Çin dənizində hərbi təhdidlərə qarşı müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edirlər. Müvafiq olaraq, danışıqlar zamanı Yaponiya Özünümüdafiə Qüvvələri ilə Avstraliya ordusu arasında birgə təlimlərin əhatə dairəsinin artırılması və genişləndirilməsi müzakirə olunub. Bildirilib ki, məsləhətləşmələr zamanı Yaponiya istehsal etdiyi raketlər üçün Avstraliyadakı geniş ərazi sınaq zonalarından istifadə etməyi xahiş edib.

Beləliklə, Sakit Okeandakı iki sahilyanı qonşu ölkə öz yaxın regionlarında gözlənilməz vəziyyətlərə, o cümlədən Çinin mümkün təxribat hərəkətlərinə qarşı çəkindiriciliyini artıracaq.

//Gülnarə Abasova, Editor.az