Yaponiya və Cənubi Koreya: Şimali Koreya ballistik raket buraxıbbackend

Yaponiya və Cənubi Koreya: Şimali Koreya ballistik raket buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket sınağı keçirdiyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri sınaqların Şimali Hvanqhae bölgəsindən yerli vaxtla 07:47 və 08:00-da Yaponiya dənizi istiqamətində aparıldığını açıqlayıb. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, qısa mənzilli ballistik raketlər havada 370 kilometr məsafə qət edib və Yaponiyanın milli eksklüziv zonasından kənara düşüb.

Bölgədə hava və dəniz elementlərinə heç bir ziyanın dəymədiyi bildirilib. Sınaqların Cənubi Koreya və ABŞ ordularının aprelin 3-dək davam edəcək hərbi təlimləri zamanı həyata keçirilməsi diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az