Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya yatırmaqdan yoruldubackend

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya yatırmaqdan yoruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü rübdə Yaponiya və Çin ABŞ dövlət istiqrazlarının əhəmiyyətli bir hissəsindən xilas oldular. Bu iki Asiya ölkəsi dünyada ABŞ dövlət borcunun ən böyük xarici sahibləridir.

Editor.az bu barədə RİA Novosti-yə istinadla yazır. İyul-sentyabrın sonunda yaponlar bu qiymətli kağızları rekord qiymətə – 61,9 milyard dollara satıblar. Bu dövrdə Çin fondları 51,3 milyard dollar dəyərində ABŞ dövlət istiqrazlarını satıb. Analitiklər bu satışları Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi ilə əlaqələndirirlər. Siyasətçi idxal olunan mallara görə ticarət vergilərini artırmağı planlaşdırır.

Mütəxəssislər əlavə ediblər ki, Amerika dövlət istiqrazlarının sahibləri tərəfindən satılmasının digər səbəbi gəlir əldə etmək istəyidir.

//Gülnarə Abasova, Editor.az