Rusiya prezidenti Vladimir Putinin Kuril adalarına səfər etmək niyyəti ilə bağlı dediklərindən sonra Tokio vəziyyəti izləyəcək və lazım gəldikdə reaksiya verəcək.
Editor.az bildirir ki, bu açıqlama ilə Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi çıxış edib. Nazirlər Kabinetinin baş katibi bildirib ki, o, Rusiya hökumət rəsmilərinin hər bir bəyanatını şərh etmək fikrində deyil, lakin Yaponiya hökuməti “vəziyyəti izləyəcək və buna uyğun cavab verəcək”. Hayaşi Ukraynadakı vəziyyətlə bağlı Tokionun Moskva ilə bağlı mövqeyini də təkrarlayıb.
Onun sözlərinə görə, Yaponiya Rusiyaya qarşı sanksiya məhdudiyyətlərini saxlamağı və Kiyevi dəstəkləməyə davam etməyi planlaşdırır.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 11-də Putin Rusiya Federasiyasının Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşdə nə vaxtsa Kuril adalarına səfər edəcəyinə söz verib. Rusiya lideri diqqəti Kuril adalarının sualtı dünyasına yönəldib, lakin onun qeyd etdiyi kimi, bu, həm çox maraqlı, həm də təhlükəlidir.
//Samir Qurbanov, Editor.az

