Yaponiya Xarici İşlər Nazirliyi Rusiya ilə sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıbbackend

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya ilə sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiya ilə ərazi problemini sülh sazişi imzalamaqla həll etmək əzmindədir.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

“Yaponiya hökuməti torpaq probleminin həlli və sülh sazişinin imzalanması siyasətini davam etdirməyi planlaşdırır”, – Kamikava bildirib. O, ikitərəfli münasibətlərin prioritetləri sırasında Kuril adalarının qədim sakinlərinin əcdadlarının məzarlarına ziyarətlərin bərpasını xüsusi qeyd edib. Diplomatın sözlərinə görə, Yaponiya hökuməti qohumlarının qəbiristanlıqlarını ziyarət edə bilməmək problemini həll etməyə çağıran arxipelaqın keçmiş sakinlərinə konkret cavab verə bilməz.

Xatırladaq ki, dekabrın sonunda Yaponiyanın Rusiyadakı səfirliyi regional məsələlər üzrə həll olunmamış mübahisəyə dair Rusiya Federasiyası ilə sülh sazişi üzrə danışıqlar apardıqlarını açıqladı.

//Gülnarə Abasova, Editor.az