Tokio Seul və Vaşinqton Moskva və Pxenyan arasında əməkdaşlığın Hind və Sakit Okeanlarda sülh və sabitliyi poza biləcəyindən qorxur.
Editor.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyanat verib.
“Tərəflər Rusiya ilə Şimali Koreya arasında keçirilən son zirvə də daxil olmaqla Şimali Koreyadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”,-deyə bəyanatda bildirilib. Yaponiya Xarici İşlər Nazirliyi Rusiya və Şimali Koreya arasında əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrini poza biləcəyindən ehtiyat edir. Söhbət Şimali Koreyaya silah və əlaqəli materialların verilməsini qadağan edən qərarlardan gedir. Yaponiya Xarici İşlər Nazirliyinin mesajı Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya departamentinin rəhbəri Hiroyuki Namazu, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Son Kim və XİN-in xüsusi nümayəndəsi arasında keçirilən görüşlərdən sonra verilib.
//Gülnarə Abasova, Editor.az